http://localhost:64943/SSPF.Web/images/gerb.png

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

 

 

 

 

 

 

 

 

QHT və siyasi partiyaların hesabatlarının təqdim olunması üçün proqramdan

İSTİFADƏ QAYDALARI

 

 

 

            Qısa məlumat

 

            Bu sənəd veb portaldan istifadə etməklə elektron sənəd mübadiləsini təmin edən proqram kompleksindən istifadə qaydalarını təsvir edir. Təlimat təşkilatlardan tərəfindən elektron şəklində hazırlanmış (Excel şablon kitabı) Forma1,Forma2,Forma3,Forma4, və İzahlı qeydlərin veb portal vasitəsilə Maliyyə Nazirliyinin mərkəzi bazasına ötürülməsi üçün hazırlanmışdır.

 


MÜNDƏRİCAT

 

1.  GİRİŞ. 3

1.1. Proqram kompleksinin  təyinatı 3

1.2. İstifadəçinin hazırlıq səviyyəsi 3

3. Hesabat şablon kitabının endirilməsi 4

4. Hesabat şablon kitabının hazırlanması 4

5.  Hesbat şablon kitabının göndərilməsi 5

6. Hesabat qəbul olunması haqqında bildirişin verilməsi 5

 


 

1.  GİRİŞ

1.1. Proqram kompleksinin  təyinatı

            Veb-portaldan istifadə etməklə elektron sənəd mübadiləsini təmin edən proqram kompleksi təşkilat ilə Maliyyə Nazirliyi arasında elektron sənəd mübadiləsinin aparılması üçün nəzərdə tutulan proqram təminatıdır.

Təşkilat ilə Maliyyə Nazirliyi arasında elektron sənəd mübadiləsinin aşağıdakı mərhələlər üzrə aparılması nəzərdə tutulmuşdur:

Elektron sənəd mübadiləsinə dair elektron ərizə formasının doldurulması.

·         Təşkilatlara İstifadəçi kodu, parolun təqdim edilməsi.

·         Təşkilatlar tərəfindən hesabatların elektron sənəd formasında hazırlanması və Maliyyə Nazirliyinə  göndərilməsi.

 

1.2. İstifadəçinin hazırlıq səviyyəsi

Veb-portaldan istifadə etməklə elektron sənəd mübadiləsini təmin edən proqram kompleksi ilə işləmək üçün  istifadəçi Windows 2000, Windows XP, Windows 7 əməliyyat sistemlərindən biri və İnternet ilə işləmək vərdişinə malik olmalıdır.

 

  2.  Elektron sənəd mübadiləsinə dair ərizə formasının doldurulması

Elektron sənəd mübadiləsinə dair ərizə formasını doldurmaq üçün əvvəlcə E-QHT proqram təminatından  "Yeni istifadəçinin qeydiyyatı   linkini klikləmək lazımdır (Şək. 1).

Şək. 1. “Elektron sənəd mübadiləsinin aparılmasına dair ərizə” .

Təşkilat ərizə formasını doldurduqdan sonra formanın aşağısında yerləşən “Qeydiyyat” düyməsini klikləməlidir. Nəticədə ərizə formasını dolduran təşkilata  proqram modulu vasitəsilə göstərilən elektron poçt ünvanına login üçün istifadəçi kodu, parol  göndərilir.

 İlkin olaraq bütün təşkilatlara eyni QHT parolu verilir və birinci dəfə sistemə girişə cəhd etdikdə bu parolun təşkilat tərəfindən dəyişdirilməsi tələb olunur.

 

          3. Hesabat şablon kitabının endirilməsi

 

            Təşkilatlar ilkin olaraq girişdə öz qeydiyyat məlumatlarına dair səhifəsini görür, və öz qeydiyyat məlumatlarına düzəliş edə bilərlər (əgər təşkilatın qeydiyyatına dair Ədliyyə Nazirliyində dəyişiklik olubsa). Təşkilat hesabatı göndərmədən öncə , proqram tərəfindən hər bir təşkilat üçün avtomatik generasiya olunan Hesabat şablon kitabını baş menyudan Hesabat şablon kitabını endirin linkinə klikləməklə endirməlidir. Generasiya olunan hesabat şablon kitabında təşkilata aid olan məlumatlar avtomatik doldurulur. Təşkilat ancaq endirilən Hesabat şablon kitabaında öz hesabatında lazım olan hesabat rəqəmlərini doldurur.

 

            4. Hesabat şablon kitabının hazırlanması

           

            Endirilən Hesabat şablon kitabını hazırlamaqdan ötrü şablonda olan - uyğun olaraq göstərilən - forma1,forma2,forma3,forma4 və izahlıqeyd  səhifələrdə olan məlumatları düzgün doldurmaq lazımdır. Təşkilat Hesbat şablon kitabında izahlı qeydləri doldurarkən qrant alan təşkilatlar öz donorlarını Hesabat şablon kitabında Yerli və Xarici donorlar siyahısından seçməklə öz donorlarını uyğun olaraq doldurmalıdırlar.

         

          5.  Hesbat şablon kitabının göndərilməsi

            Hazırlanmış şablon kitabını yaddaşda saxladıqdan sonra baş menyudan Nazirliyə göndərilmiş hesabatlar  klikləməklə faylı seçməklə Yüklə  düyməsini sıxmaqla göndərilir. Əgər hesabat şablon kitabında heç bir səhv yoxdursa faylın yüklənməsi haqqında xəbərdarlıq istifadəçiyə göstərilir, əks halda Hesabat şablon kitabında olan səhvlər istifadəçiyə göstərilir.

 

          6. Hesabat qəbul olunması haqqında bildirişin verilməsi

            Təşkilat  göndərdiyi Hesabat şablon kitabı məlumat almaq üçün  2. Göndərilmiş hesabatlar

 bəndini seçməlidir. Burada Bildiriş  sütununda olan hər bir göndərilmiş hesabata dair bidirişə həmin linkə klikləməklə baxa bilər. Şəkil (2).

 

                                                                                                        

Şəkil (2).  "Hesabatın qəbul olunması haqqında bildiriş" .